Modern.az

Azərbaycanla İordaniya arasında saziş ratifikasiya edildi

Azərbaycanla İordaniya arasında saziş ratifikasiya edildi

Parlament

21 İyun 2024, 12:20

Milli Məclis Azərbaycanla İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişi ratifikasiya edib.

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır