Modern.az

Onların indi düşündüyünü Prezidentimiz çoxdan edib - Siyavuş Novruzov

Onların indi düşündüyünü Prezidentimiz çoxdan edib - Siyavuş Novruzov

Parlament

28 İyun 2024, 11:53

“Bir vaxtlar Zəngəzur dəhlizinə, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gəlib bizə dəstək olurlar”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası üzrə sonuncu plenar iclasında çıxışı zamanı deyib.  

“Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının Konqresdə müdafiə olunmasını tələb edirlər. Budur tərpənən layların yerinə qoyulması. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr bir daha onu göstərir ki, hələ bunlar düşünənə qədər Prezidentimiz artıq bu işləri çoxdan düşünüb”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?