Modern.az

Rəsmən buraxılan Milli Məclis: onlar hələ deputatdırlar, yoxsa səlahiyyətləri bitdi?

Rəsmən buraxılan Milli Məclis: onlar hələ deputatdırlar, yoxsa səlahiyyətləri bitdi?

Parlament

28 İyun 2024, 15:52

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. Milli Məclisinə növbədənkənar seçkilər isə 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Maraqlıdır, bəs buraxılan Milli Məclisin üzvləri hələ deputat stasusunda qalırlar, yoxsa bu sərəncam onların səlahiyyətlərinə son qoyub?

Mövzunu Modern.az-a şərh edən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, altıncı çağırış Milli Məclisin üzvləri hələ ki deputat statuslarını itirməyiblər. Onun sözlərinə görə, hazırkı deputatların səlahiyyətləri növbədənkənar seçkilər baş tutandan və parlamentin yeni tərkibi formalaşandan sonra bitəcək.

Hüquqşqünas bu məsələnin Azərbaycan Respublikasının Konstitusiyasında aydın göstərildiyini qeyd edib.

Xatırladaq ki, sözügedən məsələ Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı maddə ilə təsbit olunub:
 

Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi
 

I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?