Modern.az

1 deputat 81 min nəfəri təmsil edir - Parlamentdə yerlər nə vaxt artırıla bilər?

1 deputat 81 min nəfəri təmsil edir - Parlamentdə yerlər nə vaxt artırıla bilər?

Parlament

1 İyul 2024, 16:12

Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Bununla bağlı iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, sənəddə qeyd edilir.

Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb.

Növbəti seçkilərlə bağlı maraq doğuran məqamlardan biri Milli Məclisdə təmsil olunan deputatların sayı ilə bağlıdır.

Qeyd edək ki,1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Həmin il Konstitusiya layihəsinin hazırlanması zamanı parlamentdə deputat yerlərinin sayı geniş diskussiya doğurmuşdu. Milli Məclisin 100, 150, 200 deputatdan ibarət olması barədə mülahizələr irəli sürülmüşdü.

Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayanmışdı. Hərçənd hakimiyyət dairələrində Azərbaycan kimi bir ölkə üçün 125 nəfərlik deputat korpusunun çox az olduğunu vurğulayanlar da yetərincə idi.

Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstan parlamentində 150 deputat yeri var.  Ermənistanda da 3 milyondan bir qədər çox əhalini parlamentdə 132 deputat təmsil edir.

Modern.az-ın məluumatına görə, bəzi ekspertlər və siyasətçilər bildirirlər ki, 1995-ci ildən bəri ölkə əhalisi 2 milyon nəfərdən çox artıb, ancaq əhalinin parlamentdə təmsilçilik nisbəti (bir deputatın neçə nəfəri təmsil etməsi) dəyişməyib. Əgər 1995-ci ildə parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. Buna görə də parlamentdə deputatların sayının artırılması təklif olunur. 

Amma bildirək ki, Milli Məclisdə təmsil olunan deputatların sayının artırılması üçün ölkədə referendum keçirilməlidir. Hazırda isə bu, mümkünsüz görünür.

Bu səbəbdən də 7-ci çağırış Milli Məclisində də 125 deputat təmsil olunacaq.

Seçki ekspertləri deyirlər ki, parlamentdəki yerlərin artılıması ya 2024-cü ildən sonra keçirilə biləcək növbədənkənar seçkidə, ya da 2028-ci ilədə baş tutacaq VIII çağırış Milli Məclisə seçkilər ərəfəsində mümkün olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ