Modern.az

Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?

Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?

Parlament

3 İyul 2024, 10:32

Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana seçkilər keçiriləcək.

Qarşıdakı parlament seçkilərinə əvvəlki illərlə müqayisədə cəmiyyətdə daha böyük maraq var. Yeni formalaşacaq Milli Məclisdən gözləntilər çoxdur. Nəzərə alsaq ki, yeni parlament həm də Zəfər Tariximizdən sonra ilk dəfə formalaşacaq, o zaman gözləntilərin olması təbiidir və həm də bu, zərurətdən irəli gəlir.

Modern.az-ın əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayaraq, ondan seçkilərdə iştirak edib-etməyəcəyi haqda soruşub.

Saytımıza açıqlamasında Rais Rəsulzadə bildirib ki, bu barədə hələ fikirləşməyib.

"Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməklə bağlı hələ heç nə fikirləşməmişəm. Ona görə bu barədə dəqiq bir şey deyə bilmərəm", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”