Modern.az

YAP-ın İdarə Heyəti bu məsələlərə görə TOPLAŞIR

YAP-ın İdarə Heyəti bu məsələlərə görə TOPLAŞIR

Parlament

3 İyul 2024, 11:12

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək. 
 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
 

1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;

4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”