Modern.az

VI çağırış Milli Məclis nələrlə yadda qaldı? - I YAZI

VI çağırış Milli Məclis nələrlə yadda qaldı? - I YAZI

Parlament

9 İyul 2024, 10:40

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Qeyd edək ki, iyunun 28-də VI çağırış Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da VI çağırış parlament işini yekunlaşdırıb.

Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

Artıq namizədliyi irəli sürülən şəxlərin sənədlərinin təqdim olunması prosesi başlayıb. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.

Bəs işini başa vuran VI çağırış parlament hansı hadisələrlə yadda qaldı?
 

Modern.az yadda qalan parlament hadisələrini təqddim edir:
 


VI çağırış zaman Milli Məclisin sədri Sahibə Qafarova bir neçə dəfə erməni həmkarının əsassız iddialarına cavab verib.

Onlardan biri Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında olub. Parlament sədri Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına əsaslı cavablar verib.

Milli Məclisin sədrindən sonra çıxış edən A.Simonyan guya həmin dövrlərdə Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz alaraq bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil.
 


İkinci ən yadda qalan hadisələrdən biri də deputat Fazil Mustafanın evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralanmasıdır. Ona evinin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Deputat ona edilən sui-qəsdin sifarişinin İrandan gəldiyini bildirib və bunu İranla bağlı səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirib.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
 


Digər maraqlı hadisələrindən biri də deputat Tahir Kərimlinin əlində əjdaha kuklası tutmaqla gecəyarısı sosial mediada çağırış etməsi olub.

Deputat bildirib ki, Milli Məclisdən evə dönərkən qapısından asılı vəziyyətdə üzərinə onu təhdid edən fikirlər yazılmış kiçik vərəqə görüb.

Bundan sonra o, həmin şəxslərə cavab olaraq video çəkmək qərarına gəlib. Videoda əlində olan oyuncaq əjdahanı göstərməklə onu hədələyən şəxslərə bir mesaj göndərib.

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən. Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm", - deputat videoda bildirib.
 


VI çağıışda ilk dəfə iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov Ermənistana səfər edib. Onlar ilk dəfə Avronest Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdə olub. Deputatlar səfərdə olarkən ermənilər tərəfindən nümayişlərlə qarşılansalar da, Azərbaycan həqiqətlərini İrəvanda dilə gətirə bilmişdilər. Daha sonra onlar paytaxt İrəvanda Göy məscidi ziyarət edib foto da paylaşmışdılar.
 


VI çağırış eyni zamanda bir neçə deputatın ölümü ilə də yadda qalıb. Belə ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və deputatlar Fəttah Heydərovla Madər Musayev dünyasını dəyişib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır