Modern.az

Böyük Qayıdışla bağlı qanun layihəsi hazırlanmalıdır - Komitə sədri

Böyük Qayıdışla bağlı qanun layihəsi hazırlanmalıdır - Komitə sədri

Parlament

11 İyul 2024, 15:04

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Qeyd edək ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış Milli Məclis işini yekunlaşdırıb.

Hazırda 7-ci çağırış Milli Məclisə seçilmək üçün deputatlığa namizədliyini irəli sürən şəxslərdən sənədlərin qəbulu həyata keçirilir. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, sənədlərinin təqdim olunması prosesi  avqustun 2-si 18:00-da yekunlaşacaq.

Bəs 6-cı çağırış Milli Məclisdə hansı qanun layihələrinin qəbulu reallaşmadı və ya hansı sənəd hazırlanmadı?

 

Bu sualı Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc cavablandırıb.


O, 6-cı çağırışda komitənin fəaliyyəti, görülən işlər və təklif edilən qanun layihələri barədə danışıb.

 

“Milli Məclisin İnsan haqları komitəsi parlamentin fəal komitələrindən biridir. Ölkəmizin həyatında baş verən həm qlobal, həm də milli mövzulara hüquqi formada dəyər verməkdə, insan hüquqları ilə bağlı normativ sənədlərin qəbulu və ya dəyişiklik edilməsində komitəmiz mühim yol keçib.

Komitə illərdir Milli Məclisdə mövcuddur və bizdən öncə də çox dəyərli həmkarlar komitəyə sədrlik edib. Müxtəlif uğurar əldə edilib, biz də bu yolu davam etdirməyə çalışmışıq. Hesab edirəm ki, İnsan hüquqları üzrə Müvəkkilin illik məruzələri bütün sahələr üzrə aparılan işə qiymət verməyə, insan hüquqları sahəsində görülən işləri dəyərləndirməyə şərait yaradır.

Biz bununla daxildə olan problemləri görmək imkanı əldə edirdik. Vətəndaşların ən çox müraciət etdiyi komitələrdən biri də bizik. Qısa müddət ərzində minlərlə məktub alınıb. Bu da onu göstərir ki, cəmiyyət tərəfindən qanunverici orqana etibar var və onun içərisində də bizim komitə ayrıca yer tutur.

Komitə olaraq bir neçə vacib qanun layihəsinin qəbul olunmasında fəal işləmişik. "Siyasi partiyalar haqqında"  yeni qanunun qəbul oulnmasında da üç komitədən biri olaraq fəal iştirak etmişik. Bundan başqa, Qərbi Azərbaycana qayıdış məsələləri ilə bağlı böyük dinləmələrdə komitəmiz fəal iştirak edib.

Bütün bunlarla bərabər, bildirim ki, 6-cı çağırış zamanı ən mühim məsələ Qarabağın işğaldan azad edilməsi idi. Bu prosesdən sonra bütün qanunvericillik sistemində işğalın yaratdığı problemlərin aradan qaldırılması qayıdış iştiqamətində qanunların qəbuludur. Bu xüsusda mühüm qanunların qəbul olunmasında bizim komitə xüsusi rol oynayıb.

Bununla bərabər, əlavə yeni qanunların qəbuluna da zərurət olduğunu, amma 6-cı çağırışda bunu edə bilmədiyimizi bildirmək istəyirəm. Bunlardan biri elə Böyük Qayıdışla bağlıdır. Bununla bağlı qanuna ehtiyac var, çünki ora qayıdan insanların hüquqları qanunvericilik aktı ilə tənzimlənməlidir. Çünki köçkün həyatı yaşayarkən o istiqamətdə qanun layihələri olub. Eləcə də qayıdışla bağlı qanun layihəsi olmalıdır. 

Rəqamsal sistemdə aparılan fəaliyyətlərin tənzimlənməsi, informasiya təhlükəsizliyi ilə bağlı görüləcək işlərə də ehtiyac var. Bununla bağlı müxtəlif təkliflər mövcud idi”.
 

Komitə sədri onu da deyib ki, insan haqları adı altında onlara təyziq edənlər də olub:
 

“Bununla bərabər insan haqlarından istifadə edib daxili məsələlərə qarışan qüvvələr var idi, hər gün bununla bağlı çağırışlar alırdıq. Bu fikirlərə qarşı da komitəmiz dirəniş göstərərib. Bir daha söyləyirik ki, insan haqları məsələsi çox vacibdir. Bu sahədə işləri gələcəkdə daha da gücləndirməyə ehtiyac var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı