Modern.az

Tahir Kərimli seçkilərdə iştirak etməyəcək

Tahir Kərimli seçkilərdə iştirak etməyəcək

22 İyul 2024, 17:20

VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə partiyanın təşkilat məsələləri üzrə sədr müavni Fəxrəddin Ağazadə bildirib.

 

Qeyd edək ki, Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləyib (1992–1993) və Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olub. O, 1998-ci ildən Vəhdət Partiyasının sədridir.

 

Siyasətçi V və VI çağırış Milli Məclisin deputatı olub.

 

Tahir Kərimlinin müavini "qaynarinfo"ya onun seçkilərdə niyə iştirak etməməsi barədə danışıb. "Tahir bəy seçkidə iştirak etməməsi ilə bağlı mövqeyini açıqladı. Dedi "yorulmuşam, istirahətə ehtiyacım var”. Biz də onun qərarına sayğı duyuruq. Seçkidə iştirak edən bütün namizədlərə uğurlar diləyirəm", - o qeyd edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!