Modern.az

Həm Milli Məclisə, həm də Ali Məclisə namizəddirlər - SİYAHI

Həm Milli Məclisə, həm də Ali Məclisə namizəddirlər - SİYAHI

Parlament

21 Avqust 2024, 12:31

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edən şəxslər arasında Naxçıvan Ali Məclisinə namizədlər də var.

 

Modern.az-ın məlumatına görə, 3 nəfər həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə namizəddir.

 

Onlardan biri Nəcəfov Vüqar Hüseyn oğludur. Peşəkar S-1 Döyüş Liqasının vitse-prezidenti 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə, 13 saylı Püsyan seçki dairəsindən isə Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürüb. O, Yeni Azərbaycan Partiyanın üzvüdür.

 

Mühasib işləyən Hüseyn Amar Dağbəyi oğlu isə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə, 14 saylı Qarabağlar seçki dairəsindən isə Naxçıvan Ali Məclisinə namizəddir.

 

1971-ci il təvəllüdlü Şahhüseynov Mahmud Tarverdi oğlu 16 saylı Xok seçki dairəsi üzrə Ali Məclisə seçkilərdə iştirak edəcək. O, da 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə namizəddir.

 

Xatırladaq ki, həm Ali Məclisə, həm də Milli Məclisə namizəd olmaq qanunla qadağan edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi