Modern.az

Xüsusi icazələrin alınması üzrə müraciət qəbulu bitib

Xüsusi icazələrin alınması üzrə müraciət qəbulu bitib

Parlament

22 Avqust 2024, 10:07

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilməsi prosesi başa çatıb.

Modern.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Belə ki, qanunvericiliyə görə, seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayıb, seçkilərin keçirilməsinə 10 gün qalanadək yekunlaşdırılmalıdır. Təqvim Planında bu tarix avqustun 22-dək nəzərdə tutulmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi