Modern.az

YAP Naxçıvanda hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

YAP Naxçıvanda hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Parlament

24 Avqust 2024, 09:55

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

 

Belə ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərdə heç bir namizəd irəli sürməyib.

 

Hakim partiyanın 52 üzü Naxçıvan Ali Məclisinə seçkilərdə öz təşəbbüsləri ilə namizəddir.

 

Bundan başqa Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) və Ağ Partiyasının bir üzvü də seçkilərdə namizəd kimi iştirak edəcək.

 

Ötən seçkilərdə isə hakim partiya 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmış, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdi. Nəticələrə əsasən isə YAP Ali Məclisdə 42 yer qazanmışdı.

 

Bu il keçirilən seçkilərdə hakim partiya tərəfindən irəli sürülən namizədlərin olmaması təəccüb doğurub. 

 

Qeyd edək ki, siyahıda Naxçıvan Ali Məclisinin sabiq sədri, məclisin üzvü Vasif Talıbov və oğlu Seymur Talıbovun adı yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi