Modern.az

Qənirə Paşayevanın yerinə namizəd olan 6 nəfər: kim seçiləcək?

Qənirə Paşayevanın yerinə namizəd olan 6 nəfər: kim seçiləcək?

Parlament

29 Avqust 2024, 15:20

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçki əvvəlkilərdən tamamilə fərqlənir. Belə ki, budəfəki parlament seçkiləri respublikamızın Qarabağ da daxil olmaqla bütün ərazilərini əhatə edəcək. 

1 sentyabr seçkisində 106 saylı Tovuz seçki dairəsindən kimin deputat seçiləcəyi xüsusi maraq doğurur. Bu da səbəbsiz deyil. Çünki həmin dairəni indiyədək parlamentdə ən aktiv deputatlardan olmuş mərhum Qənirə Paşayeva təmsil edib. Yeni deputat Qənirə Paşayevabı əvəz edə biləcəkmi?..

Qənirə Paşayeva  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədri olub.

Sentyabrın 1-də keçiriləcək seçkilərdə 106 saylı Tovuz seçki dairəsindən 6 nəfər namizəd yarışacaq.

Burada hakim Yeni Azərbaycan Partiyasının namizədi VI çağırış Milli Məclisin deputatı Nizami Səfərovdur. 

Digər namizədlər isə aşağıdakılardır:

 

Soyadı, adı, atasının adı Doğum tarixi Əsas iş və xidmət yeri, vəzifəsi
(bu olmadıqda fəaliyyət növü)
Partiya mənsubiyyəti Tərəfindən irəli sürülmə
BABAYEVA BAHAR VAQİF 17.03.1990 TOVUZ RAYON MƏRKƏZİ XƏSTAXANASI, PUBLİK HÜQUQİ ŞƏXSİN İSX (ASM) ŞÖBƏSİNİN TOVUZ ŞƏHƏR BÖLMƏSİ, BÖLMƏ MÜDİRİ Bitərəf Öz təşəbbüsü
ÇİNGİZZADƏ ÇİNGİZ NƏSİMİ 16.06.1998 VHP-NİN TOVUZ RAYON TƏŞKİLATI, SƏDR MÜAVİNİ VHP VHP
ƏSKƏROVA TƏRANƏ YUSİF 26.12.1967 "İDEAL TM" QSC, DİREKTOR MÜAVİNİ AğP AğP
HƏSƏNOV KAMRAN CƏMİL 15.03.1976 QOVLAR ŞƏHƏR ORXAN CABBAROV ADINA İNTEQRASİYA TƏLİMLİ İNTERNAT TİPLİ GİMNAZİYA, MÜƏLLİM Bitərəf Öz təşəbbüsü
QASIMOVA GÜNEL TAHİR 14.12.1984 QAZAX-TOVUZ REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ, TOVUZ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ Bitərəf Öz təşəbbüsü
SƏFƏROV NİZAMİ ABDULLA 30.11.1960 AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ, DEPUTAT YAP YAP

 

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib, 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qənirə xanım jurnalist fəaliyyəti ilə də məşğul olub. 

Mərhum deputat bir sıra mükafatlara layiq görülüb.

Aldığı mükafatlar aşağıdakılardır:

  • Gürcüstanın fəxri vətəndaşı.
  • "Şərəf" ordeni (Gürcüstan)
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
  • "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021).
  • "Tatarıstan 1920–2020" yubiley medalı.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu