Modern.az

Əli Məsimli görüşləri davam edir

Əli Məsimli görüşləri davam edir

28 Avqust 2024, 15:36

Avqustun 28-də 113 saylı Qax-Şəki seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Əli Məsimli ölkəmizin ən qədim kəndlərindən biri olan Qax rayonunun  Sarıbaş kəndində olub.


Modern.az xəbər verir ki, kənd  sakinləri ilə görüş zamanı  Əli Məsimli qeyd etdi ki, Sarıbaş kəndi zəngin tarixi keçmişə malikdir.


Qədim təhsil ənənələrinə sahib olan Sarıbaş kəndi yetişdirdiyi ziyalılarla sayılıb seçilən kəndlərimizdəndir.

 

Heç təsadüfi deyildir ki, bölgəmizdə ən qədim tarixi abidələrindən biri olan 1591 ci ildə inşa edilmiş məscid məhz Sarıbaşda yerləşir.

 

Sovet dönəmdi digər dini abidələr kimi, Sarıbaş məscidindən də anbar olaraq istifadə edilmişdir.

 

Bu gün Sarıbaşlıların təşəbbüsü və dəstəyi ilə həmin abidə yenidən restavrasiya olunmuş, deyərdim ki, memarlıq incilərindən biri hesab oluna bilər.

 

Əli Məsimli bildirdi ki, Sarıbaş kəndinin yolu bərpa olunsa, körpüsü olsa kəndə gediş-gəliş xeyli asanlaşacaq və unikal təbii mənzərəsi və turizm potensialı olan bu kəntdə qısa müddət ərzində turizmin inkişafı özünü göstərəcək.

 

Sarıbaş kəndinin florası  belə bir fikir söyləməyə əsas verir ki,  orada yetişən bitkilərdən  təbabət sahəsində uğurla istifadə  etmək olar.  Paralel olaraq kəntdə heyvandarlığın inkişafı üçün böyük təbii bazanın mövcudluğu eyni zamanda uzun əsrlər ərzində formalaşmış təsərüfat ənənələri hazırda ölkəmiz üçün  böyük aktuallıq kəsb edən yeni milli  brendlər məsələsinə  Sarıbaş kəndi töhfəsini verə bilər. 

 

Kəndə girən kimi, bu qədim yurdun sakinlərinin qonaqpərvərliyi həmin andan hiss olundu. Əli Məsimli Şəmilovlar ailəsinin qonağı oldu və kənd ağsaqqallı Şahid Şəmilov və onun xanımı Güllü Şəmilova ilə səmimi söhbət etdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər