Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Açıqlamada seçki dairələri üzrə lider namizədlərin adları da yer alıb.
Modern.az-ın məlumatına görə, deputat seçilən ən gənc namizəd Mahir Süleymanlıdır.
O, 65 saylı Şabran-Xaçmaz seçki dairəsindən mandat qazanıb. 29 yaşlı siyasətçi ilk dəfədir deputat seçilir.
84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.