Modern.az

Azərbaycanda əlillərlə bağlı qanun kökündən dəyişdirilir - AÇIQLAMA

Azərbaycanda əlillərlə bağlı qanun kökündən dəyişdirilir - AÇIQLAMA

6 Dekabr 2013, 13:22


““Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun yenidən hazırlanacaq”.

Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib. O bildirib ki, qanun üzərində yenidən iş gedir. Qanun Milli Məclisin gələn il yaz sessiyasında müzakirə olunacaq.

“Uzun müddətdir ki, bu qanunun mövcuddur. Qanunun üzərində yenidən iş gedir. Gözlənilir ki, qanunun yeni layihəsi Milli Məclisin gələn il yaz sessiyasında müzakirə olunsun”.

Komitə sədri onu da qeyd edib ki, köhnə qanuna əlavə və dəyişiklik olmayacaq. Onun sözlərinə görə, qanun kökündən dəyişdirilib yeni qanun kimi ortaya qoyulacaq.

“Bununla bağlı dekabrın 12, 13-də BMT-nin İnsan Hüquqları Komissiyasının Tbilisidə elmi-nəzəri konfransı keçiriləcək. Dünya təcrübəsi öyrəniləcək. Həmin konfransda Moldova və Qafqaz dövlətlərinin təcrübəsi əsas götürüləcək və öyrəniləcək”-deyə millət vəkili bildirib.

Qeyd edək ki, qanunda əlliliyin təsnifatlanması məsələsinə baxıla bilər.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...