Modern.az

Parlamentin ilk plenar iclası bu tarixdə keçiriləcək

Parlamentin ilk plenar iclası bu tarixdə keçiriləcək

Parlament

20 Sentyabr 2024, 11:20

Sentyabrın 1-i Milli Məclisə  növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.

 

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

 

Sentyabrın 16-da MSK seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiya Məhkəməsi sabah iclas keçirəcək və seçkilərə yekun vuracaq.

 

Yeni formalaşacaq parlamentin nə zaman fəaliyyətə başlayacağı isə maraq doğurur.

 

Modern.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

 

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Bu il sentyabrın 30-u bazar ertəsinə düşdüyünə görə, 7-ci çağırış Milli Məclisin ilk iclasının bu gün keçiriləcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu