Modern.az

YAP-ın yeni deputatları sabah toplaşır - SƏBƏB

YAP-ın yeni deputatları sabah toplaşır - SƏBƏB

Parlament

22 Sentyabr 2024, 19:51

Sabah Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.

 

Modern.az bu barədə APA-ya istinadən xəbər verir.

 

Məlumata görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.

 

Qeyd edək ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

 

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu