Modern.az

Milli Məclisin ilk iclası keçiriləcək

Milli Məclisin ilk iclası keçiriləcək

Parlament

23 Sentyabr 2024, 09:28

Bu gün VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

 

İclası Milli Məclisin ən yaşlı deputatı Ziyad Səmədzadə açacaq.

 

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu