Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyası yaradılıb.
Modern.az-ın məlumatına görə, bu barədə parlamentin sədri Sahibə Qafarova qərar imzalayıb.
Komissiyanın üzvləri aşağıdakılardır:
1. Cəfərov Kamal Xaqani oğlu,
2. Həsənova Afət Əbil qızı,
3. İbrahimqızı Məlahət İbrahim qızı,
4. İbrahimov Eldar Rza oğlu,
5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Mollazadə Asim Nazim oğlu,
10. Möhbalıyev Səttar Suliddin oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.
İntizam komissiyasının iclasında Eldar İbrahimov sədr, Asim Mollazadə isə müavin seçilib.
Qeyd edək ki, VI çağırış Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı bu seçkidə iştirak etməyib. Üzvlərdən Nurlan Həsənov yeni tərkibdə təmsil olunmayıb. Kamal Cəfərov və Asim Mollazadə Komissiyanın yeni üzvləridir.