Modern.az

"Paşinyanın dəstəklədiyi sülh sənədi Qərbin diqtəsi ilə ortaya atılıb"

"Paşinyanın dəstəklədiyi sülh sənədi Qərbin diqtəsi ilə ortaya atılıb"

Parlament

7 Oktyabr 2024, 16:30

Ermənistan və havadarları yarımçıq sülh istəyirlər və bu, Azərbaycana lazım deyil.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

O qeyd edib ki, Qərb və digər havadarları Ermənsitanı açıq şəkildə dəstəkləyirlər.

 

"Paşinyanın dəstəklədiyi sülh sənədi, əslində, Qərbin diqtəsi ilə ortaya atılıb. Onlar vacib sülh mətninin bəndlərinin razılaşdırlmadan imzalanmasını tələb edirlər. Bu da yarımçıq sülh anlamına gəlir və bizim buna ehtiyacımız yoxdur. Ermənistanın sülhün carçısı kimi təqdim edilməsi Qərbin əsas oyunlarından biridir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra sülh ideyasını ortaya atan və Ermənistanı sülhə məcbur edən tərəf kimi çıxış edib. Məsələn, hazırki sülh mətnin müəllifi də Azərbaycandır. Azərbaycan öz şərtlərin açıq şəkildə irəli sürüb. Qərb dairələri, bəzən Ermənistanın özü də bunu unudur. 44 günlük Vətən müharibəsindən sonra müxtəlif platformalarda, güclərin moderatorluğunda görüşlər keçirilib. Azərbaycan bütün görüşlərdə iştirak edib. Ancaq Fransanın bu məsələlərə açıq şəşkildə müdaxiləsi göründüyü zaman biz rəsmi Parisin moderatorluğu ilə aparılan görüşlərdən imtina etdik. Heç vasitəçi olmadan Azərbaycan və Ermənistan rəsmiləri görüşdü və müəyyən nəticələr əldə olundu. Ancaq təəssüflər olsun ki, Azərbaycanın diqtəsi ilə həyata keçirilən bu prosesi qəbul etməyən qüvvələr var. Onlar Ermənistan itirmək istərmir və bu ölkə vasitəsi ilə öz siyasətlərini Cənubi Qafqazda reallaşdırırlar. Ermənistan vasitəsi ilə Cənubi Qafqazda güclənmək, eləcə də Rusiyanı buradan sıxışdırıb çıxarmaq  və bu regionun hakiminə çevrilmək istəyirlər. Bu baxımdan da sülh onların məqsədlərini puça çıxarır. Belə olan halda həmin qüvvələr aktiv şəkildə Ermənistana maliyyə dəstəyi verdilər, onu silahlandıraraq cəsarətləndirdilər. Ermənsitanı Rusiyanın iqtisadi asılılığından çıxartmağa cəhdlər edilməkdədir. Təəssüflər olsun ki, sülhə ən yaxın olduğumuz bir müddətdə atılmış addımlar prosesi uzatmaqdadır. Faktiki olaraq, Ermənistan sülhü istəmir və vaxt qazanır".

N.Həmzəyev sülh danışıqlarında moderatorluğun Rusiyaya keçib-keçməməsindən də danışıb:

 

"Belə bir dövrdə moderatorluğun yenidən Rusiya tərəfinə keçməsi və sülhün əldə edilməsi fikri real görsənmir. Moderatorun kim olmasının bizim üçün önəmi, fərqi yoxdur. Danışıqlara həmişə hazırıq. Çünki sülhü ən çox istəyən tərəf bizik. Heç bir vasitəçi olmadan sülhə nail olmağı istərdik. Ancaq unutmamalıyıq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra üçtərəfli bəyanat Rusiyanın iştirakı ilə imzalanıb. Ermənistan öhdəlik götürüb. Lakin Ermənistan heç bir öhdəliyini həyata keçirməyib. Bəyanatda olan müddəaların reallaşması Azərbaycanın hesabına mümkün olub. Rusiya Ermənistana təzyiq etməli,ona reallıqları qəbul etdirməlidir. Əks təqdirdə Ermənistanın prosesdə atacağı addımlar sülhə çox böyük zərbə vuracaq".

 

Deputatın fikrincə, Azərbaycan sülhə məcburetmə siyasətini daha sərt formada həyata keçirməlidir:

 

"Ermənistan birdəfəlik, həqiqətən, sülh istəyib-istəmədiyinə qərar verməlidir. Sülhə ən çox ehtiyacı olan tərəf Ermənistan olmalıdır. Sülh olmayacağı təqdirdə Ermənistan özü-özünü blokadaya salacaq. İranın hazırda çox çətin vəziyyətdə olduğunu nəzərə alaraq, 10 min kilometrlərlə uzqda yerləşən Ermənistanın havadarlarının dar gündə bu ölkəyə kömək edə biləcəkləri şübhəlidir. Həmin qüvvələr dar gündə demokratiya adı altında daxil olduqları ölkələri faktiki olaraaq xarabazarlığa çeviriblər. Həmin ölkələrdə nə demokratiya, nə də inkişaf var. Əksinə vətəndaş müharibələri, çətin vəziyyət müşahidə olunmaqdadır. Biz buna İraqı, Suriyanı və Əfqanıstanı misal göstərə bilərik. Bununla da Ermənistan anlamalıdır ki, problem region ölkələri tərəfindən həll olunmalıdır. "3+3" formatı ən optimal variant idi. Ancaq təəssüflər olsun ki, müstəqil siyasət yeridə bilməyən Ermənistan yaranmış fürsətdə istifadə edə bilmədilər. İndi də sülh prosesində nə etdiklərini bilmirlər. Havadarlarının diqtəsini həyata keçirməklə əslində özlərini çox çətin vəziyyətə salırlar. Mən düşünürəm ki, Heç bir vasitəəçi olmadan da Azərbaycan Ermənsitanla sülh imzalamağa hazırdır.. Yetər ki, Ermənistan səmimi olsun və xarici qüvvələrin Cənubi Qafqazda hakim olmasına şərait yaratmasın. Qafqaz ailəsinin yaradılması üçün Ermənistan öz töhfəsini verməli, birgəyaşayışa can atsın. Bu gün təəssüf ki, Ermənistan birgəyaşayışı istəmir, bu ölkədə revanşist qüvvələr hələ də var. Revanşist qüvvələr açıq-aydın at oynatmaqdadır. Nəticə etibarilə bu,m Ermənistanın özü üçün böyük problemə çevriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu