Modern.az

Parlamentdə yeni işçi qrup YARADILIR

Parlamentdə yeni işçi qrup YARADILIR

Parlament

8 Oktyabr 2024, 10:32

Milli Məclisdə yeni parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılır.

 

Modern.az-ın məlumatına görə, VII çağırış Milli Məclisdə Azərbaycan - Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərəcək.

 

Qrupun rəhbəri vəzifəsinə Asim Mollazadə təklif edilib. 

 

Qeyd edək ki, VI çağırış Milli Məclisdə Yeni Zelandiya ilə işçi qrup Avstraliya ilə birgə fəaliyyət göstərib və adı Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olub. İşçi qrupuna Asim Mollzadə rəhbərlik edib.

 

Yeni çağırışda Azərbaycan - Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərəcək və sədri Xanlar Fətiyev olacaq.

 

VII çağırışda, həmçinin əvvəlki çağırışdan fərqli olaraq Kolumbiya və Qvatemala ilə işçi qruplar birgə fəaliyyət göstərəcək və sədri Müşfiq Cəfərov olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər