Milli Məclisin deputatı Xaçmaz rayonundan olan şəhid ailələri ilə görüşlər keçirib.
Modern.az xəbər verir ki, deputat 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin Xaçmaz rayonu ərazisində yerləşən məntəqələrini əhatə edən kəndlərində Vətən Müharibəsi zamanı üzərinə qoyulmuş xidməti vəzifələrini yerinə yetirərkən qəhramancasına şəhid olmuş İslamov Cəlal Ağahüseyn oğlu, Baxışov Sadıq Bəkir oğlu, Məmmədov Mahir Ağasəlim oğlu, Baxşıyev Vahid Məclum oğlu və Ağayev Elvin Valeh oğlunun ailələri ilə görüşlər keçirib.
Şəhid ailələri həmsöhbət olan deputat onların qayğı və problemlər ilə maraqlanıb.