Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə birbaşa və ya dolayısı ilə iştirak edib.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra ABŞ bir sıra ölkələrə daxil olub, xırda-xırda dövlətlər yaradıb.
"Səfirləri vasitəsilə idarə ABŞ-nin əsas siyasətidir. Dünyanın hər yerində ABŞ-nin barmağı var. Lakin indi onların Cənubi Qafqaza daxil olmaq istəyinə imkan verilməyəcək. Azərbaycan həmişə olduğu kimi müstəqil siyasətini davam etdirəcək. ABŞ konqresmənləri Azərbaycanda bəzi canlı fəaliyyəti olmayan "TikToker" Əli Kərimli və onun kimiləri qəhrəman kimi təqdim edirlər. Amma onlara da demək istəyirəm ki, bizə qarşı istəklər baş tutmayacaq", - o deyib