Modern.az

Azərbaycana qarşı sanksiyaların heç biri nəticəsi olmayacaq - Vitse-spiker

Azərbaycana qarşı sanksiyaların heç biri nəticəsi olmayacaq - Vitse-spiker

Parlament

8 Oktyabr 2024, 11:18

“Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil. ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. 

 

“Əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq. Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”,-o qeyd edib.  

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər