Modern.az

ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik - Komitə sədri

ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik - Komitə sədri

Parlament

8 Oktyabr 2024, 11:45

ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini məktubda qeyd etmişik.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

 

"Bu, birinci addım deyil. ABŞ COP29-un ölkəmizdə keçirilməsinə razılıq verib. Daha sonra bununla bağlı Dövlət Departmenti vasitəsilə başqa fikir bildirilib. Ümumiyyətlə, ABŞ-nin regionumuzda siyasətinin səmimiliyinə inam itib. Biz ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik",-o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər