Modern.az

Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi

Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi

Parlament

9 Oktyabr 2024, 16:16

Milli Məclisdə yeni təyinat həyata keçirilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib.

 

Sözügedən vəzifəyə İlqar Cəfərov gətirilib. 1962-cı il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır. O, daha əvvəl Milli Məclisin aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib.

 

Qeyd edək ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər