Modern.az

Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI - ÖZƏL

Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI - ÖZƏL

Parlament

11 Oktyabr 2024, 18:41

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri formalaşıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb.

 

Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

 

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

 

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər