Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Türkiyəyə səfər ediblər.
Modern.az xəbər verir ki, İstanbulda keçirilən İqtisadi siyasət və inkişaf komitəsinin iclasında ölkəmizi Milli Məclisinin deputatları Eldar Quliyev, və Mahir Süleymanlı təmsil edirlər.
İclas nəqliyyat infrastrukturunun inkişafı və onun Qara Dəniz regionunda əhəmiyyəti mövzusunda keçirilir.