Qanunvericilikdə ciddi dəyişikliklər gözlənilir.
Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
O bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanununa dəyişiklik ediləcəyi gözlənilir.
"Bu qanun kifayət qədər uzun dövrdür ki, qəbul olunub. Qanun 2009-cu ildən qüvvəyə minib və istər bu haqda aidiyyəti dövlət qurumlarıyla, istərsə də komitədə müzakirələrimiz, eləcə də idman siyasəti ilə bağlı olan həmkarlarımızla söhbətlərimiz zamanı görürük ki, əksəriyyət bu qanunda dəyişikliyə, hətta yenidən yazılmasına ehtiyac olduğunu düşünür. 2009-cu ildən bəri gənclər və idman sahəsində istər texniki, istərsə də məzmun dəyişiklikləri olub və bu baxımdan bizim aidiyyəti dövlət qurumları ilə müzakirələrimiz gedir. Düşünürəm ki, yaxın gələcəkdə biz “Bədən tərbiyəsi və idman haqqında” Qanunla bağlı kifayət qədər ciddi yeniliklər görəcəyik”.