Modern.az

Azərbaycana qarşı xaricdən təhdidlər var - Əli Əhmədov

Azərbaycana qarşı xaricdən təhdidlər var - Əli Əhmədov

Parlament

18 Oktyabr 2024, 11:34

Bu gün Azərbaycana qarşı xaricdən təhdidlər var. 


Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

“Ölkəmizə qarşı belə təhdidlərin olması Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir. Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsindən asılı olmayaraq, sülh siyasətini həyata keçirməkdə davam edir”,-deyə o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər