Modern.az

Komitə sədri bələdiyyələri müdafiə etdi: "Bu işlərə onlar baxmırlar"

Komitə sədri bələdiyyələri müdafiə etdi: "Bu işlərə onlar baxmırlar"

Parlament

18 Oktyabr 2024, 12:30

Zibillərin daşınması bələdiyyələrin səlahiyyələrinə aid deyil.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, əslində, bu iş bələdiyyələrə həvalə edilməlidir:

“Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər