Modern.az

"Azərbaycan həqiqətlərini yalnız media dolğun şəkildə dünyaya çatdıra bilər"

"Azərbaycan həqiqətlərini yalnız media dolğun şəkildə dünyaya çatdıra bilər"

Parlament

21 Oktyabr 2024, 11:56

“Dezinformasiya sosial şəbəkələr üzərindən daha çox yayılır. Media isə bu məlumatlardan istifadə edərək manipulyasiya ilə məşğul olur. Bu metod Qərb mediasına daha çox özünü büruzə verir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının ilk iclasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli deyib.


“Qeyd edim ki, bu ilin əvvəlindən etibarən prezident İlham Əliyevə qarşı yeni metodlarla təhdidlər, “fake” məlumatlar yayımlanmağa başlanılıb. Azərbaycan həqiqətlərini yalnız Azərbaycan mediası doğru-düzgün, dolğun şəkildə dünyaya çatdıra bilər. Bunu heç bir ölkədən gözləməməliyik”,-deyə o bildirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər