Modern.az

"Ətin qiyməti 20 manatdır, sosiska 3.8 manata satılır" - Deputat

"Ətin qiyməti 20 manatdır, sosiska 3.8 manata satılır" - Deputat

Parlament

21 Oktyabr 2024, 16:28

"Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Məşhur Məmmədov deyib.


"Keyfiyyətli məhsul istehsal edənlər maya dəyərinə satış etməyə çətinlik çəkir. Yəni, bu qanunun əsas məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Eyni zamanda bu qayda ət məhsullarına da tətbiq olunsa, yaxşı olar", - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər