Modern.az

Deputat onlayn seçki TƏKLİF ETDİ

Deputat onlayn seçki TƏKLİF ETDİ

Parlament

22 Oktyabr 2024, 11:40

“Moldovada seçkilər keçirildi və biz gördük ki, referendumun nəticələrini xaricdə yaşayan moldovalıların verdiyi səslər dəyişdirdi. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. 


“Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur. Ona görə də, onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də təcrübəsi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxa bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilərlər”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər