“Ötən gün Amerika Prezidenti Co Bayden Azərbaycan prezidentinə məktub ünvanlayıb və sülh müqaviləsi haqqında danışılıb. Hesab edirəm ki, yaxın vaxtlarda Fransa Prezidenti Emmanuel Makronun da ağlı başına gələcək”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Hesab edirəm ki, yaxın zamanda o da məktub göndərəcək. O, elədiyi əməllərin hər birini etiraf etməklə yanaşı, Azərbaycan dövləti, Türk dünyası ilə gələcəkdə hər hansı əməkdaşlığın qurulmasına cəhd göstərəcək", - deyə o bildirib.