Modern.az

"Bu müzakirələr qarayaxma kampaniyasının tərkib hissəsidir"

"Bu müzakirələr qarayaxma kampaniyasının tərkib hissəsidir"

Parlament

24 Oktyabr 2024, 15:31

Avropa Parlamentində təşkil edilən müzakirələr zamanı Azərbaycanla bağlı səsləndirilən əsassız və qərəzli fikirlər ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Eyni zamanda qəbul olunan qətnamə ikilili standartın təzahürüdür.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

 Deputat qeyd edib ki, qətnamə ölkəmizə qarşı ittihamlarla dolu, amma əsasızdır:

“Nəzərə çatdırım ki, bir milyona yaxın azərbaycanlı öz yurdlarından vəhşicəsinə ermənilər tərəfindən qovulub. Bununla da Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib. Amma biz uzun illərdir görürük ki, belə qətnamələr heç vaxt Ermənistana qarşı qəbul olunmayıb. Eyni zamanda Avropanın bir neçə dövləti yenidən Ermənistanı silahlandırır, qüvvətləndirir. Belə ikili standartları başa düşməkdə çətinlik çəkirik. Azərbaycana olan bu qərəzli münasibəti anlamırıq. Bunun səbəblərinin islamafob və ya antitürk olmasını bilmirik. Azərbaycan cəmiyyəti, Ermənistan tərəfindən öz yurdlarından olan soydaşlarımız Avropanın belə mövqeyindən hiddətləniblər. Azərbaycan və Avropa İttifaqı arasında olan əlaqələrə bu, böyük zərbədir. Belə addımlarla Azərbaycanı Avropadan uzaqlaşdırırlar”,-deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər