“Azərbaycan vikipediyasından üç mindən artıq şəhidin məlumatı silinib. Bu addım azərbaycanlılar tərəfindən atılıb və adları məlumdur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“Azərbaycan şəhidlərini adlarını vikivediyadan çıxarıblar. Hətta bununla da rahatlaşmayıb, Türkiyə vikipediyasına da müraciət ediblər. Əsas səbəbləri budur ki, məlumatların ensiklopedik dəyəri yoxdur. Bu məsələ aiddiyatı orqanlar qarşısında qaldırılmalıdır”,- deyə o bildirib.