Modern.az

"Məktəblərdə yaşayan qəhrəmanların fotoları yapışdırılmalıdır"

"Məktəblərdə yaşayan qəhrəmanların fotoları yapışdırılmalıdır"

1 Noyabr 2024, 11:16

Yaşayan qəhrəmanların fotoları məktəblərdə, universitetlərdə yapışdırılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

"Sərbəst güləşimiz niyə tənəzzülə getdi? Bu, legioner məsələsidir. Biz legionerlər üzərində qalanda belə uğursuzluqlar olur. Legioner bir neçə il iştirak edir, sonra gedir. Futbolda da belədir. Legionerlərin sayı məlumdur. Orta məktəblərə, universitetlərə baş çəkdik. Heç birinin girişində qızıl medal qazananların - Hacı Əliyev, Eldənizin fotoları yoxdur. Şəhidlərimizin fotolarını qoyurlar. Bu əladır. Amma yaşayan qəhrəmanlarımızın şəkilləri yoxdur. Biz buna fikir verməliyik. Ona görə də gənclər "baboş"lara meyl edirlər",- o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər