“Azərbaycanda ən böyük problemlərimizdən biri təhsildir. Bakıda orta məktəblərdə 150 mindən artıq müəllim çalışır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
“Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir. Məsələn, Yasamalda yaşayan müəllim Qaradağda işləməyə gedir, yaxud digər belə uzaq ərazilərə. Tıxacların yaranmasının bir səbəbi də elə budur. 150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, o vaxtında məktəbə çata bilsin. Bu məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq. Azərbaycanda Çindəki qədər milyonlarla müəllim yoxdur ki, onların problemləri həll olunmasın. Ona görə də bu məsələnin diqqətə qalmasını istəyirəm”, - deyə o bildirib.