Modern.az

Kəndlərdə bankomatların sayı artırılsın - Deputatdan TƏKLİF

Kəndlərdə bankomatların sayı artırılsın - Deputatdan TƏKLİF

Parlament

7 Noyabr 2024, 12:48

Azərbaycanda kəndlərdə bankomatların sayının artırılması təklif edilib. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələnin müzakirəsi zaman deputat Bəxtiyar Əliyev çıxış edib. 

 

O söyləyib ki, seçicilərlə görüşlərdə onların şikayət etdiyi məsələlərdən biri də kəndlərdə bankomatların çatışmazlığıdır. “İnsanlar bankomatlardan istifadə etmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırlar. Bu baxımdan kənd yerlərində bankomatlarin quraşdırılması insanların bu çətinliyin aradan qaldırar”, - deyə deputat əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər