Modern.az

Parlamentdə kadr dəyişikliyi - Yeni TƏYİNAT

Parlamentdə kadr dəyişikliyi - Yeni TƏYİNAT

Parlament

20 Noyabr 2024, 16:40

Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib. Dövlət qulluqçusuna parlamentin başqa şöbəsində yeni vəzifə verilib.

 

O, bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Məlumata görə, onun vəzifəsinə Nadir Sultanov gətirilib. O, 1974-cü ildə anadan olub. Beynəlxalq hüquq ixtisasına malik dövlət qulluqçusu əvvəllər İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.

 

Fotoda: solda Şahin Quliyev, sağda Nadir Sultanov.

 

1397225

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum