Modern.az

Heydər Əsədov mediaya qapalı olacaq?

Heydər Əsədov mediaya qapalı olacaq?

Parlament

28 Noyabr 2024, 15:20

VII çağırış Milli Məclisdə bir sıra yeni simalar təmsil olunur. Zamanında yüksək vəzifədə çalışmış şəxslər də yenidən deputat mandatı qazanıblar.

 

Əldə etdiyimiz məlumata görə, bir neçə deputat mediaya qapalı olmaq barədə qərar veriblər. Onlardan biri də sabiq nazir, Hesablama Palatasının sabiq sədri, sabiq rektor Heydər Əsədovdur.

 

Onun bu günə qədər mediada hər hansı açıqlaması görünməyib.

 

Maraqlıdır, mediaya bu şəkildə münasibət nədən qaynaqlanır?


Heydər Əsədov Modern.az-a qısa açıqlamasında bu iddianı təkzib edib.

 

“Mən harada belə söz demişəm? Belə qərarım olmadığından nəsə bir şey deməyi məqbul hesab etmirəm”,- o deyib və telefonu bağlayıb.

 

Heydər Əsədov mətbuata niyə açıqlama vermədiyini isə izah etməyib.

 

Qeyd edək ki, Heydər Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ