Modern.az

Milli Məclisin bugünkü iclası ləğv olundu

Milli Məclisin bugünkü iclası ləğv olundu

Parlament

4 Dekabr 2024, 09:54

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.

Modern.az-ın məlumatına görə, buna səbəb dekabrın 3-də keçirilən iclasda gündəliyə çıxarılan bütün məsələlərin – büdcə zərfinə daxil olan sənədlərin və digər qanunlara əlavə və dəyişikliklər layihəsinin ikinci oxunuşdan keçməsi olub.

Parlamentin növbəti plenar iclasının vaxtı hələ müəyyən olunmayıb. Növbəti iclasda büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşa çıxarılacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi