Modern.az

Deputatlar Türkiyə və İspaniyaya gedirlər

Deputatlar Türkiyə və İspaniyaya gedirlər

5 Dekabr 2024, 16:06

Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, deputatlar burada Beynəlxalq İnkişaf və Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Qərbi Azərbaycana qayıdış siyasəti” adlı tədbirlərdə iştirak edəcəklər.

Dekabrın 8-də isə deputat Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrıseçkiliyə qarşı 4-cü Qlobal Forumunda iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.

Forumda irqçiliklə mübarizə, gender bərabərliyi, sülh, ədalət və inklüziv siyasət kimi mövzularda müzakirələr aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV