Modern.az

Deputat Manamaya gedir - SƏBƏB

Deputat Manamaya gedir - SƏBƏB

Parlament

5 Dekabr 2024, 16:22

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

Modern.az-ın məlumatına görə, iclas çərçivəsində ekoloji məsələlər, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA-ya üzv parlamentlərin rolu və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq.

Deputatımız iclasda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da əldə olunan nailiyyətlər və qəbul olunan mühüm qərarlarla bağlı çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.

Səfər dekabrın 10-da başa çatacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ