Modern.az

Magistratura və rezidenturanı bitirənlər əsgər aparılmasın - Deputat 

Magistratura və rezidenturanı bitirənlər əsgər aparılmasın - Deputat 

Parlament

13 Dekabr 2024, 15:26

Pul ödəmək qarşılığında müəyyən kateqoqiyadan olanlar hərbi xidmətdən azad olunsunlar. 

Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Qüdrət Həsənquliyev çıxış edib.

"Sovet dövründən belə stereotip qalıb ki, kimsə kişidirsə, əsgərə çağırılmalıdır. Ciddi mütəxəssislər var ki, onlar kompüter arxasında daha çox fayda verə bilər. Doktorontları hərbi xidmətdən azad etmişik. Gəlin ora bir maddə də əlavə edək: magistratura və rezidenturada oxuanlar da müəyyən rüsum qarşılığında əsgərliyə çağırılmasın. Bəzi gənclərimiz fiziki cəhətdən hərbiyə uyğun gəlmir. Hərb də sənətdir. Elə bir şey deyil ki, hamı gedib hərbçi olsun. Magistratura və rezidenturanı bitirmiş şəxslər müvafiq vəsait ödəyib hərbiyə getməyə bilsinlər".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər