Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.
Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.
Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclis Sədri Sahibə Qafarovanın bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.
***
09:56
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Modern.az-ın məlumatına görə, onları Esenboğa hava limanında Türkiyə Böyük Millət Məclisin deputatı Şamil Ayrım qarşılayıb.
Sahibə Qafarovanı Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri müşayiət edir.
Deputatlar Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər.