Modern.az

Deputat Adil Əliyev: “Başa düşə bilmirəm ki, daşım niyə belə ağırdır...”

Deputat Adil Əliyev: “Başa düşə bilmirəm ki, daşım niyə belə ağırdır...”

Parlament

7 Yanvar 2014, 00:14

Milli Məclisin deputatı Adil Əliyev Facebook səhifəsində onunla bağlı müzakirələr açan şəxsləri ittiham edən status yazıb. Modern.az-un məlumatına görə, deputat qeyd edib:

“Hərdən fikirləşirəm ki, paxıl adamlar özünü gözləməyi bacarmır: bu adamlar dəlil-sübut olmadan ittiham və mühakimə edir, başqalarının qüsurlarını üfürüb şişirir, ən kiçik səhvi cinayət səviyyəsinə qaldırır. Ən danılmaz fəzilətlərə kin və qəzəblə hücum çəkirlər. Başa düşə bilmirəm ki, daşım niyə belə ağırdır və bu nifrət mənə qarşı hardan qaynaqlanır. Kimsə mənim xoşuma gəlməyə bilər. Ancaq mən heç vaxt insanlara qarşı kin saxlamamışam, onlarla üz-üzə gəlməklə kifayətlənmişəm. Əgər kiməsə yaxşılıq etməmişəmsə, bu, o demək deyil ki, mən pis adamam. Bəziləri bilməlidirlər ki, mən dövlətimə lazım olan yerdə xidmət etmişəm. Dostlar, mən vicdanım qarşısında təmizəm. Vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə məni Vətənimi, Dövlətimi, Xalqımı və Prezidentimi sevməyi qadağan edə bilməz”.

Qeyd edək ki, Adil Əliyev öncəki günlərdə belə bir status yazmışdı: “Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!”.

Deputatın məhz bu satusi mediada və sisoal şəbəkələrdə müzakirələr səbəb olmuş, bəziləri onu pafoslu qeydlərinə görə ittiham etmişdi. Görünür məhz həmin müzakiərlər Adil Əliyevi Facebook-da ikinci statusu yazmağa məcbur edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...