Modern.az

Polad Bülbüloğludan rəqqaslarla bağlı TƏKLİF - Daha tez pensiyaya çıxsınlar

Polad Bülbüloğludan rəqqaslarla bağlı TƏKLİF - Daha tez pensiyaya çıxsınlar

Parlament

17 Dekabr 2024, 14:50

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu rəqqaslarla bağlı təkliflə çıxış edib.

Modern.az-ın məlumatına görə, o, bu barədə komitənin bu gün keçirilən iclasında danışıb.

O qeyd edib ki, rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır.

Komitə sədri hazırda təkliflər üzərində işlədiyini və gələn il müzakirəyə təqdim edəcəyini bildirib:

"Qanun dəyişməlidir ki, rəqqaslar 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər. 65 yaşında da rəqqas olar?!. Yenidən təkliflər hazırlanır ki, rəqqaslar əvvəlki kimi təqaüdə çıxa bilsinlər. Onlar fəaliyyətinə uyğun təqaüd də almalıdır”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza